ABŞ dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Filip Riker İrəvana gedib.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qeyd edək ki, o, sentyabrın 8-10-da Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün diplomatik səylərinə ABŞ-ın dəstəyini müzakirə etmək üçün Ermənistan rəsmiləri ilə görüşəcək.
Bundan sonra onun Azərbaycan və Gürcüstana da səfəri planlaşdırılıb.