Rusiya ordusunun təchizat və sursatı tükənmək üzrədir.Sumqayit.tv-in məlumtına görə bunu Böyük Britaniya kəşfiyyat xidmətinin rəhbəri Ceremi Fleminq deyib.
O bildirib ki, məhbusların və təcrübəsiz insanların səfərbər olunması ümidsiz vəziyyətin olduğunu göstərir.
O, son günlərdə Rusiyanın raket zərbələrinin istifadə edilən silahlar baxımından eskalasiya olmadığını deyib, lakin xəbərdarlıq edib ki, bazar ertəsi Ukraynadakı hədəflərə raket zərbələri Rusiyanın hələ də ziyan vurmağa qadir olduğunu göstərir.