Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı mövqeyi ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb.Sumqayit.tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Qazaxıstanın paytaxtı Asatanada keçirilən MDB Dövlət başçıları Şurasının sammitində bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda pozuculuq fəaliyyətində, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əməli addım atmamaqda ittiham etmişdi.