Qazaxıstan hakimiyyəti Ukrayna ərazisində müharibədə iştirak etmiş ölkə vətəndaşlarına qarşı 10 cinayət işi açıb.Sumqayit.tv Modern.az-a istinadən xəbər verir ki, bu barədə “KazTAG” agentliyi Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hazırda vətəndaşların hansı tərəfdə vuruşduğu və cinayət işlərin kimlərin müttəhim olduğu məlum deyil.
Qazaxıstanın cinayət məcəlləsinə görə, xarici silahlı münaqişələrdə iştiraka görə 5 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutulur.