Rusiya ordusunun erməni əsilli admiralı Sergey Avakyants ötən həftə donanmanın döyüş hazırlığının qəfil yoxlanılmasından sonra Sakit Okean Donanmasının komandanı vəzifəsindən istefa verib.
Sumqayit.tv Modern.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, baş nazirin müavini Yuri Trutnev bildirib ki, Avakyants yeni vəzifəyə - hərbi idman təlim mərkəzlərinin kuratoruna təyin edilib.
"Hazırlıq dövrü başa çatmaq üzrədir, bu müddət ərzində biz regional mərkəzlərin fəaliyyətini metodiki təmin edəcək və onların işini əlaqələndirəcək mərkəzləşdirilmiş struktur yaratmışıq. Bu mərkəzi struktur, əslində qarşıya qoyulmuş tapşırıqların icrası üçün qərargahdır. Admiral Avakyants rəhbərlik edəcək”, - Trutnev deyib.
Qeyd edək ki, Avakyants 2012-ci ilin mayından Sakit Okean Donanmasına rəhbərlik edir.