"Rusiya Ukraynanın əks-hücumuna hazır deyil" - CNN



"Böyük xəndəklər şəbəkəsi dəqiq raketlər və tez hərəkət edən zirehki texnika dövründə o qədər də səmərəli deyil..."
 
"Moskva öz davranışıyla hakimiyyətin hərbi zümrəsində nizamsızlığın movcud olduğunu üzə çıxarır..."
 
"Priqojin müharibədə qaçılmaz olan iflasın günahını Rusiya MN-in üzərinə qoymağa cəhd göstərir..."
 
Jurnalistlər Rusiyada xaos olduğu qənaətindədir və mühüm nəticələr çıxarıb
 
Son üç sutka Rusiyanın Ukraynanın əkshücumuna kifayət qədər hazır olmadığını nümayiş etdirir.
 
Sumqayit.tv xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
 
"Kiyevin cəbhə xəttində texnikanın hərəkətindən və artilleriya atəşlərindən uğultu kəsilmir, müntəzəm baş verən partlayışlar işğal edilmiş ərazilərdə Rusiyanın mühüm strateji obyektlərini məhv edir. 
 
Ukrayna müdafiə naziri bəyan edib ki, hazırlıq "sona çatır", prezident Vladimir Zelenski isə əmin edib ki, əhshücum mütləq "baş verəcək", lakin onun dəqiq tarixini açıqlamayıb.
 
Mümkündür ki, Ukraynanın əkshücumu artıq başlayıb, yaxud bir neçə həftədən sonra başlaya bilər. Biz bunu bilmirik və bu fakt Ukraynanın ilkin mərhələdə inandırıcı uğurudur.
 
Digər tərəfdən, Moskva "barın bağlanmasından öncə dava" vəziyyətindədir. Onların müharibəsinə son qoyulmasından öncə", - CNN yazır.
 
Materialda deyilir ki, Xarkov vilayətindən və Xersondan geri çəkiləndən sonra rusiyalıların Ukrayna hücumunun növbəti ehtimal edilən hədəfinə- Zaporojye vilayətinə hazırlaşmaq üçün ən azı yeddi ay zamanı olub.
 
"Və bu, baş verib, kosmosdan nəhəng xəndəklərdən ibarət müdafiə şəbəkəsi görünür. Bu zaman səngərlərin ölçüləri 2023-cü ildə heç də pozitiv xüsusiyyət deyil. 
 
Bəli, onlar böyükdür. Lakin onları hər kəs "Google"-da görə bilər. Böyük xəndəklər şəbəkəsi dəqiq raketlər və tez hərəkət edən zirehli texnika dövründə o qədər də səmərəli deyil", - jurnalistlər qeyd edir.
 
Onlar vurğulayır ki, məhz son 72 saat Rusiyanın Ukrana Silahlı Qüvvələrinin əkshücumuna kifayət qədər hazır olmadığını üzə çıxarıb. Bunu bir sıra amillər sübut edir.
 
Birincisi, Rusiya müdafiə nazirinin maddi-texniki təchizata və logistikaya cavabdeh olan müavini Mixail Mizintsevin vəzifədən azad edilməsi.
 
Rusiya Müdafiə Nazirliyi rəsmən onun işdən azad edilməsi barədə məlumat verməyib, yalnız onun yerinə hazırda Aleksey Kuzmenkovun təyin edilməsi barədə fərman verilib.
 
"Mariupol qəssabı" adlandırılan Mizintsev, şübhəsiz, Rusiya üçün fəlakətli müharibədə çox uğursuzluqlara yol verib və vəzifədən azad edilməsi başadüşüləndir.
 
Lakin bunun nədən məhz indi baş verməsi sualına cavab vermir. Ordunun Ukraynanın əkshücumu ilə üzləşəcəyindən oncə həlledici fiqurları kənarlaşdırmaqla Moskva hakimiyyətin hərbi zümrəsində nizamsızlıq olduğu barədə siqnal göndərmiş olur", - məqalədə deyilir.
 
İkincisi, amerikalı jurnalistlər həm də "Vaqner qrupu" özəl hərbi şirkətin sahibi Yevgeni Priqojinin bəyanatına diqqət çəkib. O, "bazar günü geniş müsahibə verərək onun muzdlularının üzləşdiyi problemlərin miqyasını üzə çıxarmağa qərar verib".
 
Priqojinin sözlərinə görə, onun döyüşçülərinin döyüş sursatları o qədər azdır ki, görünür, Baxmutdan geri çəkilməli olacaq. Bu strateji cəhətdən vacib olmayan şəhərin ələ keçirilməsinə aylar sərf edilib və minlərlə canlar alınıb.
 
Rusiyanın döyüş sursatları ehtiyatlarının azalması barədə çoxdan bəllidir, lakin əkshücum ərəfəsində iflasın qaçılmaz olduğu barədə gümanlar Priqojinin müharibədə məğlubiyyətin günahını Rusiya Müdafiə Nazirliyinin üzərinə qoyması cəhdinə bənzəyir.
 
"Saatlar gedir, Ukraynanın fəal əməliyyatlara başlaması zamanı daralır. Biz bilirik ki, Rusiyanın emosional vəziyyəti və ya məqsədyönlülüyü praktiki olaraq sıfra bərabərdir. Daxili qətiyyətsizlik dərəcəsi, rəqabətlilik və dağınıqlıq yalnız artmaqdadır", - CNN yazır.

2-05-2023, 12:38 90

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964