Ermənistandakı seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı


Bu gün Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına (mer) keçirilən seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlanıb.

Bu barədə Ermənistanın “Müstəqil müşahidəçi” ictimai alyansının nümayəndəsi, “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan İrəvan Ağsaqqallar Şurasına seçkilərin müşahidəsinin aralıq nəticələrini təqdim edib.
O, qeyd edib ki, əsasən hakim “Mülki Müqavilə” Partiyası tərəfindən törədilən 48 qanun pozuntusu qeydə alınıb. Ümumilikdə 100-dən çox seçki pozuntusu qeydə alınıb: "Seçki prosesində 124 qanun pozuntusu qeydə alınıb, onlardan 22-si seçki məntəqəsində kənar şəxslərin olması, 27-si izdihamla bağlı olub. Qanun pozuntularının 13-ü seçicilərin müraciəti ilə əlaqədardır. Onlardan 5-i təkrar xarakterli olub.
“Bir çox yerlərdə səsləri toplayan, seçicilərə zəng edərək məntəqəyə çağıran “sahibkarların” fəallığını görürük. Bu, əsasən, “Mülki Müqavilə” tərəfindən geniş yayılıb. Elə yerlər var ki, bu işi koordinasiya edən kriminal avtoritetlər dairəsindən olan şəxsləri müşahidə etdik. Məsələn, Kanaker-Zeytun inzibati rayonunda kriminal avtoritetlərlə əlaqəsi olan konkret şəxsin məntəqədən məntəqəyə getdiyini, hər bir məntəqədə və ya ondan kənarda “Mülki müqavilə”nin nümayəndələri ilə görüşdüyünü qeyd edirlər”, - İoannisyan bildirib.
Qeyd edək ki, Ermənistan Prokurorluğu seçkiöncəsi dövr ərzində təşviqat kampaniyası zamanı qanun pozuntuları ilə bağlı 17 nəşri, məlumatı və bəyanatı araşdırıb. Bunu Ermənistan Mərkəzi Seçki Komissiyasında keçirdiyi brifinqdə Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin şöbə rəhbəri Edqar Arsenyan avqustun 23-dən 15 sentyabra qədər olan dövr üçün məlumatları təqdim edərkən deyib.
On yeddi məlumat və bəyanatların 7-si baxılması üçün polisə göndərilib. Yeddi işdən 5-i rüşvət alma və ya mitinqdə iştiraka məcbur etmə (və ya bundan imtina etmə), biri seçkiqabağı dövrdə siyasi partiyalar tərəfindən xeyriyyəçilik fəaliyyəti ilə bağlı qadağanın pozulması və s. pozuntularla bağlı olub.
Bundan başqa, xeyriyyəçiliklə bağlı qadağanın pozulması ilə bağlı daha iki bəyanat Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.
Bu gün seçkilər başlayandan saat 14:00-dək 4 ərizəyə baxılıb, onlardan biri təkrar səsvermə cəhdi ilə bağlı olub.
Bununla yanaşı, seçkilərdə fəallıq da aşağı olub. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, seçkilərdə seçicilərin cəmi 28,46 faizi iştirak edib.//“Report”

18-09-2023, 10:00 128

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102