ABŞ Rusiyanı qorxudan silahı Ukraynaya verdi: İlk istifadə 9 hərbi helikopterin məhvinə gətirdi

 

Oktyabrın 16-dan 17-nə keçən gecə Ukrayna ordusunun raket zərbələri Rusiyanın işğalı altında olan Berdyansk aeroportunda çoxsaylı helikopter, hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikanın məhvinə səbəb olub. Ukrayna mənbələri minimum 9 hərbi helikopterin məhv edildiyini bildirirlər.
Rusiya tərəfi hücumla bağlı yalnız onu açıqlayıb ki, HHQ qüvvələri Berdyansk üzərində 2 raket vurublar. Lakin Rusiya mətbuatının Ukrayna tərəfinin hücumda ABŞ istehsallı ATACMS raketlərindən istifadə etməsinə dair məlumatları gün ərzində dəfələrlə gündəmə gətirməsi göstərir ki, zərbələr işğalçı orduya ciddi zərər vurub. Günün sonuna yaxın Ukrayna Prezidenti Volodimir Zelenski
Gün ərzində “The Wall Street Journal” (WSJ) Ukrayna Silahlı Qüvvələrinin Ordu Taktik Raket Sisteminin (ATACMS) taktiki ballistik raketlərinin ilk partiyasını aldığına dair məlumat yaydı. Qəzet raketlərin Vaşinqton tərəfindən gizli şəkildə Kiyevə ötürüldüyünü və söhbətin az sayda, həmçinin aşağımənzilli raketlərdən getdiyini bildirir.
Qeyd edək ki, Ukrayna tərəfi ötən ilin payızından ABŞ-dan ATACMS raketləri almaq istəyir. Əvvəllər ABŞ hakimiyyət orqanları ATACMS-in Ukrayna tərəfinə çatdırılmasının vaxtı və həcmi barədə danışmaqdan dəfələrlə imtina ediblər. Belə ki, bir həftə əvvəl, oktyabrın 10-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə Qərbin Ukraynaya silah tədarükü ilə bağlı yaratdığı təmas qrupunun növbəti iclasından sonra keçirilən mətbuat konfransında demişdi ki, “ATACMS ilə bağlı heç bir açıqlaması yoxdur”.
Ukraynada artıq ATACMS üçün buraxılış qurğuları var. Raket Ukrayna Silahlı Qüvvələri tərəfindən quraşdırılmış Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS) və Çoxlu Atışlı Raket Sistemindən (MLRS) buraxıla bilər. Döyüş başlığı ümumi çəkisi təxminən 250 kiloqrama qədər olan monoblok, kaset və ya yüksək partlayıcıdır. Bu raketlərin istifadə məsafəsi, müxtəlif hesablamalara görə, 500 kilometrə qədərdir.
ATACMS zenit-raket komplekslərinin (SAM) sursatlarından yayınmaq üçün uçuş zamanı manevr edə bilir. Raketlər güclü möhkəmləndirilmiş komanda məntəqələrini, bunkerləri, radar stansiyalarını, qərargahları və körpülər kimi mühəndislik strukturlarını məhv etmək üçün istifadə edilə bilər.
Günün sonunda Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın ABŞ-dan uzaqmənzilli ATACMS raketləri aldığını və istifadə etdiyini təsdiqləyib: “Ukrayna üçün döyüşən və işləyən hər kəsə təşəkkür edirəm! Kömək edən hər kəsə təşəkkür edirəm! Bu gün isə ABŞ-a xüsusi təşəkkür edirəm. Prezident Baydenlə razılaşmalarımız yerinə yetirilir. Onlar çox dəqiq şəkildə yerinə yetirilir - ATACMS özünü sübut etdi".
Qeyd edək ki, Rusiya tərəfi ATACMS raketlərinin Ukraynaya verilməsinə çox sərt yanaşır. Dəfələrlə ABŞ-a xəbərdarlıq səsləndirilib. Rusiyanın əsas qorxusu Ukraynanın o raketlərdən Krımdakı hədəflərə qarşı istifadə etməsidir.
 
Musavat.com

18-10-2023, 11:30 170

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102