HƏMAS qruplaşmasının liderlərindən biri İsmayıl Haniyə və onun tabeliyində olanlar Türkiyəni tərk ediblər.
Sumqayit.tv Report-a istinadən xəbər verir ki, bu barədə “Al Monitor” məlumat yayıb.
"Ankara Haniyə və onu müşayiət edən şəxslərdən Türkiyədən çıxmalarını xahiş edib", - məlumatda deyilir.
Türkiyə rəsmiləri isə bu məlumatı təkzib edir.