Çində bir qadın əri ola-ola pul və hədiyyə üçün daha 3 kişiyə ərə gedib

 


Çində evli qadın pul və toy hədiyyələri almaq üçün başqa kişilərlə evlənib.
Musavat.com xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Jiangsu əyalətindən olan Çjou soyadlı 35 yaşlı qadın ərindən gizli şəkildə başqa kişilərlə görüşməyə başlayanda qanuni nikahda imiş və bir qız böyüdürmüş. Qadının əri işi ilə bağlı nadir hallarda evdə olurmuş. Çjou Lo, Çjang və Xu soyadlı sevgililəri ilə iş yerində və internetdə tanış olub. Qadın onlarla bir neçə ay görüşüb, daha sonra kişilərin onunla evlənmələrini istəyib.
Nikahı rəsmi qeydiyyatdan keçirməmək üçün Çjou kişilərin hər birinə yalan deyib, bildirib ki, evinin sökülməsinə görə dövlətdən təzminat almaq üçün subay qalmalıdır. Lakin o, “təzəbəylər”dən pul və hədiyyə qoparmaq üçün qeyri-rəsmi toy mərasimi keçirməyi təklif edib. Çjou toylarda qohum və dostlarının rolunu oynamaq üçün işə aktyorlar cəlb edib. Ümumilikdə qadın bu yolla kişiləri 660 min yuan aldadıb.
Qeyd olunur ki, zərərçəkənlərdən heç biri digərlərinin varlığından şübhələnməyib. Çjou kişilərdən biri ilə birlikdə olarkən, digər ikisinə işlədiyi şirkətdə təhsil almaq üçün ayrıldığını söylədi. Daha sonra o, Çjanga əkiz uşaq gözlədiyi barədə yalan söyləyib. O, başqa bir şəhərdəki valideynlərinin evində doğum etməyi planlaşdırdığını deyib və kişiyə hamilə olduğunu təsdiqləyən saxta test nəticələri göndərdi.
Çjang əmin olub ki, sevgilisi əkiz uşaq daşıyır. Qadının uşaqları dünyaya gətirdiyi iddia edilən zaman o, anası ilə birlikdə “balalar”ını görmək üçün xəstəxanaya gəlib. Çjou həkim rolunu oynamaq üçün yenidən aktyor tutub. Kələkbaz qadın Çjangın suallarına cavab verə bilməyib və ər şübhələnərək, məsələni araşdırmağa başlayıb. Çjounun əri olduğunu biləndə o, polisə müraciət edib.
Qadın həbs edilib. Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Onu ən azı 10 il həbs gözləyir. Tezliklə onun qanuni əri Çjounun hərəkətlərindən xəbər tutub və boşanmaq qərarına gəlib.

30-10-2023, 15:00 158

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102