Hrant Dinkin qatili Ogün Samast sərbəst buraxıldı


19 yanvar 2007-ci ildə "Agos" qəzetinin baş redaktoru Hrant Dinki qəzet binası qarşısında silahlı basqın nəticəsində qətlə yetirən Ogün Samast Bolu həbsxanadan şərti olaraq azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, Hrant Dinki öldürən zaman Ogün Samastın 17 yaşı var idi. O, qətlin şübhəlisi olaraq 2007-ci il yanvarın 20-də Samsun rayonundakı avtovağzalda tutulub.
2007-ci il yanvarın 24-də həbs edilən Ogün Samast fevralda cəzasını çəkdiyi Kandıra F tipli həbsxanadan Bolu F tipli həbsxanaya köçürülüb.
16 il 10 aydır həbsdə olan Samastın vaxtından 1 il əvvəl yaxşı davranışı səbəbilə şərti azadlığa buraxılması nəzərdə tutulub və o, həbsxana rəhbərliyi tərəfindən sınaq mərhələsindən keçib.
Fərdi inkişafı üçün aparılan müşahidələr zamanı davranışının yaxşı olduğu müşahidə edilən Samastın şərti azadlığa buraxılma şərtlərini yerinə yetirdiyi nəzərə alınaraq azadlığa buraxılmasına qərar verilib. 
O, Bolu F Tipi Həbsxanasından axşam saatlarında sərbəst buraxılıb. Ogün Samast həbsdən çıxarkən ailəsi tərəfindən qarşılanıb. 
Hrant Dink kimdir?
Erməni əsilli jurnalist Hrant Dink 15 sentyabr 1954-cü ildə Türkiyənin Malatya şəhərində anadan olub. O, "Aqos" qəzetinin baş redaktoru idi.
Hrant Dink, qondarma "erməni soyqırımı"nın Türkiyədə tanınması, Türkiyə ermənilərinə daha çox imtiyazlar verilməsi üçün çalışıb.
O, "Aqos" redaksiyasının qarşısında başına və boynuna 3 güllə yarası alması nəticəsində hadisə yerində ölüb. Dinkin cəsədinin yanından 4 boş patron tapılıb. 
 
Musavat.com




16-11-2023, 11:39 200

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102