“ABŞ Ermənistanı siçan tələsinə çəkir”- Qazaxıstanlı ekspertdən sensasion açıqlama

 

Qazaxıstanlı politoloq Atbek Aytmatovun fikrincə, yaxın gələcəkdə Ermənistanı qorxulu perspektiv gözləyir.
Sumqayit.tv xəbər verir ki, politoloq caliber.az-a müsahibəsində deyib ki,  ABŞ və Fransa kimi ölkələr Ermənistanı Qərblə Rusiya qarşıdurmasının forpostuna çevirməyə çalışdıqlarını az qala açıq şəkildə nümayiş etdiriblər.
“ABŞ və Fransanın Ermənistanı quzu kimi əlindən tutub qurbangahda kəsməyə aparan hərəkətləri indiki mərhələdə çox uğurlu görünür - İrəvan Qərbin illüziya müdafiəsi və “zəmanətləri” naminə hər şeyə hazırdır. Eyni zamanda, Moskva ilə İrəvan arasında artan qarşılıqlı ittiham dalğasını görməmək çətindir. Ermənistanın Qərbə getməsi prosesinin ermənilər üçün ağrısız keçməyəcəyi göz qabağındadır. Ermənistan cəmiyyətinin istədiyi, Paşinyandan tələb etdiyi budur – Azərbaycandan müdafiə, Bakının cəzalandırılması. Erməni siyasi elitasının şizofreniyasını nəzərə alsaq, bu, təəccüblü deyil. Lakin bu, Ermənistan üçün dönməz nəticələri olan bir oyundur. Mənə elə gəlir ki, Paşinyan və erməni revanşistləri bunu səhv başa düşürlər.
Bəli, indi Qərb guya Ermənistanın tərəfindədir, lakin bütün bunlar ona görə edilir ki, İrəvan öz rolunu oynamağa razı olsun, sınaq meydançası kimi çıxış etsin və ikinci Ukraynaya çevrilsin”, - politoloq qeyd edib.
Onun fikrincə, buna imza atmaq üçün Ermənistan cəmiyyətin ilə  çox da işləmək  lazım deyil. Çünki cəmiyyət artıq anti-Rusiya əhval-ruhiyyəsi ilə doyub. İndi Vaşinqton və Parisin Ermənistanla bağlı böyük planları var və onların missiyası yaxşı düşünülmüşdür.
“Hələ ki, Ermənistan KTMT-dən çıxmaq planlarını açıqlamayıb, Rusiya bazasının çıxarılmasını tələb etmir, lakin  aydındır ki, Paşinyan Rusiya üçün sürpriz hazırlayır. İrəvan bütün bunları demək olar ki, eyni vaxtda və tamamilə qəfil edəcək. Bundan sonra İrəvanla Moskva arasında qarşıdurma kəskin mərhələyə keçəcək. Amerikanın Ermənistana təkliflərinə nəzər salaq:
Vaşinqtonun təklif etdiyi, mahiyyət etibarı ilə silah tədarüküdür və bu, başqa bir ölkə ilə hərbi münaqişə vəziyyətində olan bir ölkə üçün nəzərdə tutulub. İrəvandakı ayıq düşüncəli siyasətçilər ABŞ-ın yaxın gələcəkdə Ermənistanı nəyə sürükləyəcəyindən sadəcə dəhşətə gəlməli idilər, lakin revanşist infeksiyasına yoluxan ermənilər açıq-aşkar optimist ssenariyə ümid edirlər. Onlar yada salmalıdırlar ki, bir vaxtlar Ukrayna cəmiyyətini hansı eyforiya bürümüşdü və bunun sonu necə bitdi. İstənilən yardım gec-tez başa çatır və ölkə özündən qat-qat güclü düşmənlə baş-başa qalır. Qərb istədiyinə - İrəvanı geriyə dönüşü olmayan Rusiya ilə kəskin münaqişəyə sürükləyə bildiyini anlayanda əlini çəkməyə hazır olacaq”, - Aytmatov vurğulayıb.//Musavat.com

24-11-2023, 11:30 176

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102