Türkiyə hərbçilərinin Liviyada qalma müddəti uzadıldı
Türkiyə hərbçilərinin Liviyaya göndərilməsinə verilən icazənin müddəti uzadılıb. Müvafiq prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib. Sənədə əsasən, icazənin daha iki il uzadılması təsdiqlənib.//Oxu.az