Elə ona görə bu gündəyik-ermənilər yerli Müdafiə nazirliyindən yazdılar

 
Bu ilin dekabrın 4-də Ermənistan parlamentində yerli jurnalistlər Ermənistan müdafiə nazirinin müavini Hraçya Sərkisyana 4 aydır müdafiə nazirinin müavini vəzifəsində çalışaraq son nəticədə hansı sahədə məşğul olmasıyla bağlı sual veriblər.
Cavab belə oldu: “İndi heç nə deməyək, amma müəyyən sahələr var... bir sözlə... biz hazırlıq işləri görürük... Bu barədə başqa vaxt danışacam”.
Ona bu vəzifəyə təyin olunandan bir neçə gün sonra eyni sualı veriblər. Həmin vaxt o, cəmi iki həftə işlədiyini, sonra sualları cavablandıracağını bildirib.
Musavat.com xəbər verir ki, düşmən ölkənin mediası yerli Müdafiə nazirliyinin strukturuna rəhbərlik edənləri araşdırıb və ortaya qəribə nəticələr çıxarıb.
Xatırladaq ki,Hraçya Sərkisyan 2021-ci ilin dekabrında İrəvan meri təyin edilib, lakin müavini Tiqran Avinyanın mer ola bilməsi və qarşıdan gələn seçkilərə layiqincə hazırlaşması üçün 2023-cü ilin aprelində vəzifəsindən uzaqlaşdırılıb. Paşinyan isə Sərkisyanı “incitməmək” üçün onu baş nazirin müşaviri, avqustda isə müdafiə nazirinin müavini təyin edib.
Onun belə məsul sahə haqqında təsəvvürü olmasa da, müdafiə nazirinin özünün və müavinlərinin tərcümeyi-halı ilə tanış olduqdan Hraçya Sərkisyanın heç də həmin nazilrikdə ən bərbad kadr olmadığı üzə çıxıb. ən az ona görə ki, Hraçya Sərkisyan yeganə şəxsdir ki, heç olmasa hərbi rütbəsi (leytenant) var. Qeyd edək ki, 2018-ci il inqilabına qədər Sərkisyan kredit mütəxəssisi işləyib.
Müdafiə nazirinin digər müavini Karen Brutyan isə iqtisadçıdır və ordu ilə “0” bağlantısı olub. O, əvvəl İqtisadiyyat nazirliyində, daha sonra Maliyyə Nazirliyində işləyib. Vəzifələr: mütəxəssis, şöbə müdiri, Baş prokurorun müşaviri, Dövlət Gəlirləri Komitəsi sədrinin müşaviri, sonra müavin. İnqilabdan sonra o, maliyyə nazirinin müavini olub. 2021-ci ilin avqustundan isə müdafiə nazirinin müavini vəzifəsinə gətirilib.
Müdafiə nazirinin üçüncü müavini Arman Sarkisyan polisdir. Polisdə müstəntiq, sonra şöbə rəisi işləyib. İnqilabdan sonra isə daxili işlər nazirinin müavini olub. O, 2021-ci ilin yanvarından müdafiə nazirinin müavini vəzifəsində çalışır.
Müdafiə naziri Suren Papikyanın özü də müdafiə sektorundan uzaqdır. Tərcümeyi-halına görə, 2010-2016-cı illərdə İrəvan şəhəri 54 saylı tam orta məktəbdə tarix müəllimi işləyib.Sonra bir il İrəvan şəhər Ağsaqqallar Şurasının “Yelk” (Çıxış) fraksiyasında çalışıb.. İnqilabdan sonra - ərazi idarəetmə və inkişaf naziri, baş nazirin müavini, 2021-ci ilin noyabrından isə Ermənistan Respublikasının müdafiə naziri vəzifəsinə gətirilib.

6-12-2023, 11:00 188

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102