İranın Kirman ostanında ordu təlim düşərgəsində baş vermiş silahlı insidentdə beş nəfər ölüb.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə briqada generalı Əmir Qulamalian deyib.
Onun sözlərinə görə, insident bu gün yerli vaxtla 16:35-də olub. O qeyd edib ki, əsgərlərdən biri yoldaşlarına atəş açaraq 5 nəfər qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçıb. Hazırda onun axtarışları aparılır.