Ukrayna Rusiyada maye qaz terminalını partladıb

 

Bu gecə Rusiyanın ən böyük maye qaz istehsalçısı olan NOVATEK şirkətinin Ust-Luqa istehsalat kompleksində istehsalat obyektlərində yanğın baş verib, texnoloji proses dayandırılıb.
Rusiya tərəfinin yaydığı məlumata görə, yanğın xarici təsirlər nəticəsində baş verib. Xəsarət alan, insan həyatı və sağlamlığı üçün təhlükə olmayıb: "Hazırda yanğın lokallaşdırılıb, müəssisənin, qəza-xilasetmə xidmətlərinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri karbohidrogenlərin qalıq yanmasına nəzarət edirlər”.
Hadisənin nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb. Zərər daha sonra qiymətləndiriləcək.
NOVATEK-in istehsal prosesləri (digər müəssisələr - red. ) normal rejimdə işləməkdə davam edir.
Qeyd edək ki, Ust-Luqa limanında dayanıqlı qaz kondensatının fraksiyalaşdırılması və daşınması kompleksində dayanıqlı qaz kondensatı yüngül və ağır nafta, kerosin, dizel fraksiyasına və dəniz yanacağının komponentinə (mazut) çevrilir, hazır məhsul dəniz yolu ilə ixrac edilir.
Kompleks həmçinin stabil qaz kondensatının ixrac üçün daşınmasına imkan verir.
2022-ci ildə kompleksdə 6,9 milyon ton dayanıqlı qaz kondensatı emal edilib və 6,8 milyon ton əmtəəlik məhsul, o cümlədən 4,2 milyon ton yüngül və ağır nafta, 1,05 milyon ton ağ neft, 1,5 milyon ton dizel fraksiyası və dəniz yanacağının komponenti, 78 min ton LPG istehsal edilib.
Onu da bildirək ki, terminaldakı yanğına səbəb olan xarici təsir Ukrayna kamikadze dronudur. //Musavat.com 

22-01-2024, 10:30 208

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102