Yaponiya 2003-cü ildən bəri ilk dəfə olaraq cənub Kuril adalarını Rusiya tərəfindən "qanunsuz işğal olunmuş" ərazilər kimi təyin edib. Bu tərif Xarici İşlər Nazirliyinin diplomatik vəziyyətlə bağlı dərc etdiyi illik sənəd olan “Diplomatiyanın mavi kitabı”na daxil edilib. Həmçinin 2011-ci ildən bəri ilk dəfə olaraq adalar “Yaponiya ərazisi” adlandırılır.