Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra 6,5 milyon Ukrayna vətəndaşı qaçqına çevrilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarlığının məlumatında deyilir.
Ukraynanı tərk etməyə məcbur olmuş əhalinin dəqiq sayı 6 552 971 nəfər təşkil edir. Onların çoxu Polşa ərazisinə keçib.