Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada həlak olub.
Xeberle.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Botaşev döyüşlərdə Ukrayna hərbçiləri tərəfindən öldürülüb.
Məlumata görə, Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.
Xatırladaq ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yayıb.