Əcnəbilər Qarabağa qanunsuz səfər edirlər - STATİSTİKA

Qarabağda məskunlaşan erməni separatçılar xarici turistlərin Rusiya hərbçilərinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz səfərini təşkil etməyə çalışırlar.

Sumqayit.tv xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Qarabağ separatçılarının nümayəndəsi Gevorq Arakelyan deyib.
 
"44 günlük müharibədən sonra biz asfaltlanmış yolları olan turizm zonalarını da itirdik. Hazırda avtomobil üçün əlçatan turistik yerlərimiz çox deyil. Bu baxımdan biz gəzinti turlarına güvənirik", - o bildirib.
 
G.Arakelyanın sözlərinə görə, separatçılar turistlər üçün 11 əsas istiqamət müəyyənləşdiriblər. Məsələn, onlardan biri məşhur Gəncəsər monastırının olduğu Vəng kəndinə gəzintidir.
 
Separatçıların nümayəndəsi bildirib ki, 2019-cu ildə Azərbaycandan icazəsiz Qarabağa xarici ölkələrdən 42 minə yaxın “qonaq” gəlib.

“Xarici turistlərin böyük əksəriyyəti Rusiya, ABŞ, Fransa, Almaniya, Polşa, Çindən gəlir. Onların arasında diaspora nümayəndələri də az deyil”,  - Arakelyan deyib.
 
2020-ci ildə Qarabağa qanunsuz səfər edən xarici turistlər 3016 nəfər olub.
 
2021-ci ildə xarici ziyarətçilərin sayı 4400-ə qalxıb.

Arakelyan deyib ki, Qarabağa Ermənistandan da çoxlu sayda “qonaq” gəlir, lakin onlar əcnəbilər kimi qeyd edilmir. Təkcə 2019-cu ildə Ermənistandan təxminən 45000 “qonaq” Qarabağdakı otellərdə qalıb.

Arakelyanın sözlərindən belə məlum olub ki, bu ilin dörd ay ərzində - yanvar-aprel ayları ərzində artıq 1325 əcnəbi Qarabağa qanunsuz səfər edib.
 
“Hələlik may ayı üçün statistika yoxdur, lakin artıq aydındır ki, bu rəqəm az deyil”, - Arakelyan əlavə edib.


3-06-2022, 10:59 163

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102