Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası (KTMT PA) Şurasının iclası keçiriləcək. Sumqayit.tv xəbər verir ki, iclasa KTMT Parlament Assambleyasının sədri, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sədrlik edəcək.
İclas çərçivəsində KTMT-yə üzv dövlətlərin parlament sədrləri ilə görüşlər nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan KTMT-nin üzvləridir.