Meksika məhkəməsi “Google” şirkətini 245 milyon dollar cərimələyib. Sumqayit.tv “Le Matin” saytına istinadla xəbər verir ki, şirkət bu məbləği məşhur vəkil Ulrix Rixter Moralesə ödəməlidir. Məhkəmə qərarında göstərilir ki, şirkət vəkilin nüfuzuna xələl gətirən bloqu bilərəkdən silməyib.
Məhkəmə qərarını əsassış hesab edən şirkət qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.