Cənubi Koreyada meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyi məlumat yayıb.
Çərşənbə axşamı Almaniyaya səfərdən qayıdan Cənubi Koreya sakinində xəstəlik təsdiqlənib.
Bundan əvvəl çərşənbə axşamı iki nəfərdə meymunçiçəyi xəstəliyinə bənzər simptomların aşkar edildiyi bildirilmişdi. Həmin şəxslər təcrid olunublar. İkinci xəstə bazar ertəsi Cənubi Koreyaya gələn əcnəbidir. Onun testi mənfi çıxıb.