Dünyada koronavirusa yoluxma və ölüm faizi azalıb - ÜST

Ötən həftə ərzində dünyada 3,36 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin sayı 7,5 mindən çox olub.
 
Sumqayit.tv xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində bildirilib.
 
Qeyd edilib ki, əvvəlki yeddi günün müvafiq göstəriciləri ilə müqayisədə ölüm hallarının sayı 16 faiz, yoluxma hallarının sayı 4 faiz azalıb.
 
Rəsmi məlumata görə, həftə ərzində qeydiyyata alınmış yeni yoluxma hallarının sayı azalmaqda davam edib. ÜST-yə daxil olmuş məlumata görə, ötən həftə 3.360.453 nəfər yoluxub, 7.592 nəfər vəfat edib.
 
Yoluxanların daha əhəmiyyətli dərəcədə azalması Afrikada qeydə alınıb (21 faiz). Bununla bərabər, xəstəliyin nəzərəçarpacaq dərəcədə artması Cənub-Şərqi Asiyada (46 faiz) və Şərqi Aralıq dənizi bölgəsində (45 faiz) müşahidə olunub. Cənub-Şərqi Asiyada ölüm halları 4 faiz artıb. Eyni zamanda Afrikada bu göstərici 24 faiz, Avropada isə 26 faiz azalıb.
 
Həftə ərzində yeni yoluxma hallarının ən çoxu ABŞ-da qeydə alınıb (652 217), sonrakı yerləri Çin (406.401), Almaniya (356.414), Braziliya (256.034) və Fransa (253.322) tutur. Yeddi gün ərzində ən yüksək ölüm halları da ABŞ-da qeydiyyata alınıb (1.858). Sonrakı yerləri Çin (1.044), Braziliya (956), Rusiya (443) və İtaliya (338) tutur.

23-06-2022, 13:00 201

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102