Rusiya iyulun 15-dən quru sərhədlərini açacaq.
Sumqayit.tv Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Belarus vətəndaşları istisna olmaqla digər ölkə vətəndaşları Rusiyaya gəldikdə PCR testindən keçməlidirlər.
Xatırladaq ki, sərhədlərin bağlanması koronavirus pandemiyası ilə bağlı idi.