Dünyada bu günədək 6 min nəfər meymunçiçəyinə yoluxub.
Sumqayit.tv-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreysus bildirib.
Onun sözlərinə görə, yoluxma halları 58 ölkədə qeydə alınıb.
"Test keçirmək hələlik çətin məsələdir və böyük ehtimalla yoluxmaların əksəriyyəti üzə çıxmır. Yoluxmanın episentri Avropadır. Bu regiona bütün yoluxmaların təxminən 80 faizi düşür", - deyə ÜST rəhbəri vurğulayıb.