Türkiyə ilə İsrail arasında aviasiya sahəsi ilə bağlı müqavilə imzalanacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Sənədə əsasən, bundan sonra İsrailin aviaşirkətləri Türkiyə istiqamətində uçuşlar həyata keçirəcəklər.
Qeyd edilib ki, Türkiyə ilə İsrail arasında yeni imzalanacaq müqavilə 1951-ci ildən sonra bir ilk kimi tarixə düşəcək.