Yaponiya Çin Xalq Respublikasına (ÇXR) öz iqtisadi zonasına düşən raketlərə görə etiraz edib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Nobuo Kisi bildirib.
Çin dəniz qüvvələrinin hərbi təlimi zamanı atdığı beş raket Yaponiya sərhədləri yaxınlığına düşüb.
“Hadisə ilə bağlı Pekinə diplomatik kanallar vasitəsilə etiraz edilib”, - deyə Kisi hadisə ilə bağlı təfərrüatları paylaşıb.