Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün fabrik yaradılacağı təqdirdə, o, demilitarizasiyaya məruz qalacaq".
Sumqayit.tv xəbər verir ki, bunu Rusiya prezident aparatının mətbuat katibi Dmitri Peskov deyib.
Kreml sözçüsünə görə, belə bir zavod meydana çıxsa, bu, yalnız "ukraynalıların əzabını" artıracaq: "Belə bir obyektin yaradılması faktı, əlbəttə ki, dərhal demilitarizasiya mövzusuna düşür. Bu, yəqin ki, yalnız ukraynalıların əzablarını artıracaq, lakin xüsusi hərbi əməliyyatın məqsədindən yayınmağa kömək etməyəcək".