Çin ABŞ Konqresinin üzvlərinin Tayvana səfərinə görə adada fəaliyyət göstərən 7 siyasi xadimə sanksiya tətbiq edib.
Sumqayit.tv xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıda ABŞ-ın Tayvandakı nümayəndəsi Syao Mençin, adanın “Milli Təhlükəsizlik Şurasının” katibi Qu Lisyunun da adı var.
Sanksiyalar tətbiq olunmuş bütün şəxslərin, həmçinin onların ailə üzvlərinin Çinin materik hissəsinə, o cümlədən Honq-Konq və Makao xüsusi inzibati rayonlarına girişi qadağan edilib.