Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin etmək qərarına gəliblər.
Sumqayit.tv bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsraillə münasibətlərin normallaşması çərçivəsində Təl-Əvivə səfir təyin ediləcəyini açıqlayıb:
“Proses Hersoqun Türkiyə səfəri və mənim İsrailə səfərimlə davam etdi. Aviasiya sahəsində əməkdaşlıq müqaviləsi imzaladıq. Normallaşma addımları arasında səfirlərin təyinatı da var idi. Bu çalışmalar nəticəsində İsraildən müsbət addım gəldi. Təl-Əvivə səfir təyin etmək qərarına gəldik. Qarşımızda fərman da var”.