BMT-nin baş katibi Antoniu Quterreş avqustun 19-da Moldovaya planlaşdırılmamış səfər edib.
Sumqayit.tv bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Quterreş Moldova Prezidenti Maya Sandu ilə görüşəcək.
BMT baş katibinin nümayəndəsi Fərxan Haq bildirib ki, Quterreşin Kişinyova səfəri əvvəlcədən planlaşdırılmayıb. Baş katib Ukrayna səfərindən sonra Moldovaya səfər etmək qərarına gəlib.
Kişineudan sonra BMT-nin baş katibi İstanbula səfər edəcək.