Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə ölkəsinə daha 775 milyon dollarlıq hərbi yardım paketi ayırdığına görə təşəkkür edib.
Sumqayit.tv bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Mən ABŞ-ın daha 775 milyon dollarlıq hərbi yardım paketinin təqdim olunmasını yüksək qiymətləndirirəm. Bu qərara görə Prezident Baydenə təşəkkür edirəm. Təcavüzkarı məğlub etmək üçün daha bir mühüm addım atdıq. Ukrayna azad olacaq!", - Zelenski tviter hesabında yazıb.