Əlcəzair prezidenti Əbdülməcid Tebbun yaxınlarda ölkəsinə səfər edəcək Fransa prezidenti Emmanuel Makronla səfərin gündəmini müzakirə edib.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki Əlcəzair Prezidentliyindən verilən yazılı açıqlamaya görə, prezident Tebbun fransalı həmkarı Makron ilə telefon danışığı aparıb.
Açıqlamada Makronun Əlcəzairin bəzi əyalətlərində baş verən meşə yanğınlarında həyatını itirənlər üçün prezident Tebbuna başsağlığı verdiyi bildirilib.