Rusiya prezidenti Vladimir Putin jurnalist Daria Duqinanın ailəsinə başsağlığı verib.
Sumqayit.tv bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Putin müraciətində onun qətlini iyrənc və amansız cinayət adlandırıb. O, həmçinin onun xalqa vicdanla xidmət etdiyini və vətənpərvər olduğunu vurğulayıb.
Qeyd edək ki, Duqina avqustun 20-si axşam saatlarında Odintsovo şəhər rayonunda avtomobilin partladılması nəticəsində öldürülüb