Serbiya 2022-ci il noyabrın 1-dən etibarən Rusiya neftinin idxalını dayandıracaq.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
"Noyabrdan sonra bizim üçün Rusiya nefti olmayacaq, sanksiyalar altındayıq. Ona görə də qaz, mazut və kömür haqqında danışmayaq", - o, qeyd edib.