"Ukraynalılar ilin sonuna kimi cəbhədəki durumla bağlı yaxşı xəbərlər alacaqlar”.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
“Əlbəttə, bəzi məqamlar var. Lakin mən nikbinəm. Bu il bütün ukraynalıların xoş xəbərlər eşidəcəyinə dair ümidlərim var”, - o söyləyib.
Nazir bildirib ki, qələbə üçün digər ölkələrin də dəstəyi lazımdır: “Bizim özümüzü müdafiə etmək üçün iradəmiz, istəyimiz, hazırlığımız və qabiliyyətimiz var. Bizə başqa növ resurslar - silah, döyüş sursatı, pul lazımdır. Tərəfdaşlarımız bizimlə uzunmüddətli perspektivdə də işləməyə hazırdırlar”.