ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.
Sumqayit.tv bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti bugünlərdə Ukraynada həlak olan vətəndaşının ailəsi ilə əlaqə saxlayır.
"ABŞ vətəndaşları aktiv silahlı münaqişə və Rusiya kəşfiyyat orqanlarının təhdidinə görə Ukraynaya səfər etməməlidir. Ukraynadakı ABŞ vətəndaşları hər hansı kommersiya və ya digər şəxsi yerüstü nəqliyyat variantından istifadə etmək təhlükəsiz olarsa, dərhal bu ölkəni tərk etməlidirlər", - Dövlət Departamentinin sözçüsü bildirib.