İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya səfər edəcək.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, diplomat Moskvaya səfəri zamanı rusiyalı həmkarı Serqey Lavrovla danışıqlar aparacaq.
Rusiya XİN-in məlumatına görə, görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq.