Almaniya ilə Rusiyanın "Şimal axını" qaz kəməri demək olar ki, tamamilə fəaliyyətini dayandırıb.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Opal və Nel qaz" kəmərlərinin operatorlarının məlumatında deyilir.
Qeyd olunub ki, qaz kəmərinin fəaliyyətini dayandırması Portovaya kompressor stansiyasında qalan yeganə qaz kompressor qurğusunun təmirinə başlanması ilə əlaqədar olub.
"Qazprom" "Şimal axını 1" boru kəmərinin sentyabrın 3-nə qədər bağlandığını təsdiqləyib.