Ötən gün Xankəndidə ermənilər aksiya keçirib.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, onlar separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.
Nümayişdə mindən çox şəxsin iştirak etdiyi qeyd olunur.
Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.