Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyanın bütün dövlət televiziya kanallarını və təbliğatını qadağan etməyə çağırıb.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu haqda Çexiyada keçirilən “Forum 2000”dəki çıxışında danışıb.
“Rusiyanın heç bir dövlət televiziyasının Aİ ərazisində fəaliyyət göstərməsinə icazə verilməməlidir”, - Ukrayna Prezidenti qeyd edib.