Sentyabrın 22-də BMT Təhlükəsizlik Şurası Ukraynada
“sülhün və təhlükəsizliyin qorunması” məsələsi ilə bağlı iclas keçirəcək.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı yayılan Təhlükəsizlik Şurasının sentyabr ayı üzrə iş proqramında deyilir.
Sentyabrda Fransa Təhlükəsizlik Şurasına sədrlik edir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin bir qədər əvvəl dediyi kimi, Rusiya Federasiyası Kiyev tərəfindən Zaporojye atom elektrik stansiyasının davam edən atəşə tutulması ilə əlaqədar Təhlükəsizlik Şurasının sentyabrın 6-da iclasının keçirilməsini xahiş edib.