Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mrizoyan arasında telefon danışığı olub.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər Qarabağ məsələsi üzrə üçtərəfli sazişlərin icrasının gedişatı və perspektivlərini müzakirə ediblər.