Zaqatalada fındıq sərgi-satış yarmarkası keçirilib


Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib. Heydər Əliyev Parkında təşkil olunan sərgidə 20-yə yaxın çeşiddə 500 kiloqrama yaxın qərzəkli meyvələr, yerli sənətkarların fındıq, qoz və şabalıqddan hazırladığı tətbiqi sənət nümunələri, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin, elmi tədqiqat institutlarının istehsal etdiyi məhsullar nümayiş olunub.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi Zaqatalanın kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsidir.
Tədbirin açılış mərasimində çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hazırda Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Görülən işlər nəticəsində rayon həm fındıq bağlarının sahəsinə, həm də fındıq istehsalına görə birinci yerdədir. Rayonda bu cür sərgi və yarmarkaların, festivalların keçirilməsi qərzəkli meyvəçiliyin təbliği ilə yanaşı rayonun turizm potensilına da müsbət təsir göstərir.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, illərdir öz populyarlığını qoruyub saxlayan bu formatda tədbirlərin Zaqatalada keçirilməsi təsadüfi deyil: “Zaqatala həm də ölkəmizin ən böyük fındıqçılıq rayonudur, Azərbaycanda mövcud olan fındıq bağlarının 25 faizi bu rayonda yerləşir, ölkə üzrə istehsal olunan fındığın isə 45 faizi Zaqatalada yetişdirilir. Fındıq ölkəmizdə ən popular qərzəkli meyvələrdən biri olmaqla yanaşı, həm də xarici ölkələrə ən çox ixrac olunan məhsullardan biridir. Ölkəmizdə fındıqçılığın inkişafına dövlət tərəfindən dəstək verilir. Fındıq əkinləri subsidiyalaşdırılır, yeni salınan intensiv fındıq bağlarına ilk dörd il ərzində hər hektara 730 manat subsidiya verilir. Eyni zamanda boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası ödənilir. Fındıqçılığın inkişafına dövlət dəstəyi bununla yekunlaşmır, digər intensiv meyvə bağlarında olduğu kimi, fındıq bağlarında çəkilmiş müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir”.
Nazir müavini qeyd edib ki, dövlət tərəfindən fındıqçılığın inkişafının dəstəklənməsi fermerlərimizin bu sahəyə marağını kifayət qədər artırıb. Bar verən bağların artması ölkənin ixrac potensialına da müsbət təsir göstərir. Azərbaycan fındığının ixrac coğrafiyası da genişlənir, məhsullarımız İtaliya, Rusiya, Almaniya, Qazaxıstan, İsveçrə və digər ölkələrə ixrac edilir”.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmaz, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və digər şəxslər sərgi yarmarkanın işinə uğurlar diləyiblər.
Daha sonra tədbir iştirakçıları sərgilənən məhsullar, tətbiqi sənət nümunələri və əl işləri ilə tanış olub, fındıq istehsalı və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlərlə görüşüblər. Görüşlərdə məhsul yığımının gedişi, məhsuldarlığın artırılması üçün görülən işlər, intensiv və superintensiv meyvə bağlarının salınmasında tətbiq olunan yeniliklər, fındıq məhsullarının emalı və ixracı ətrafında fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb.
Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib

16-09-2022, 14:30 314

Digər xəbərlər

Sumqayıt üzrə aprelin pensiya ödənişləri yekunlaşıb

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar - FOTO

Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

Sumqayıtda məlumat lövhəsi təhlükə yaradır? – Sakinlər narazıdır-VİDEO

Metroda giriş-çıxış bağlandı, sərnişinlər tuneldə qaldı

Sumqayıtın deputatı Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq tədbirlərdə iştirak edib-FOTOLAR

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

Sumqayıtda şəhid Kənan Allahverdiyev adına yol yararsız vəziyyətə düşüb –ŞİKAYƏT

Sumqayıtlıların NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sumqayıtda baş memar postu ona həvalə edilib - FOTO

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Sumqayıt Regional Mərkəzinin əməkdaşı Azərbaycan çempionatında medal qazandı

Sumqayıt məktəbliləri üçün vacib xəbər: 9-cu sinif buraxılış imtahanı aprelin 26-da keçiriləcək

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da evə buraxıldı

Sumqayıtda yarımstansiyaların yaxınlığında aparılan tikinti işlərinə AYDINLIQ GƏTİRİLDİ - VİDEO

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

Şikayət: Sumqayıtda bataqlıqlar artıb, yağış suları çəkilmir - VİDEO

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

1 2 3 4 5 6 7 8 9 10 ... 1042
Bu gün, 18:51
Bu gün, 18:18
Bu gün, 18:12
Bu gün, 17:41
Bu gün, 15:09
Bu gün, 14:16
Bu gün, 13:49
Bu gün, 10:51
Bu gün, 09:58
Dünən, 23:24
Dünən, 22:50
Dünən, 18:22
Dünən, 18:17
Dünən, 18:12
Dünən, 18:06
Dünən, 15:00
Dünən, 12:56
Dünən, 12:34
Dünən, 11:25
Dünən, 10:35
Dünən, 08:00
19-04-2026, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1042