Hacıqabulda suvarma mövsümü başa çatdı - FOTOLAR



Hacıqabul rayonunda suvarma mövsümü uğurla başa çatıb.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Sumqayit.tv-yə  bildirib ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi rayonun 19 min hektara yaxın  suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını və rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirir. Bundan başqa idarə tərəfindən mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarı təşkil edilir, bu sahənin inkişafı ilə bağlı digər işlər  yerinə yetirilir. Əkinlərin su təminatının yaxşılaşması üçün cari ildə 270 km-dən artıq magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. Beləliklə kanallar vasitəsi ilə əkin sahələrinə çatdırılan suvarma suyu maneəsiz olaraq ötürülüb. Bundan başqa balansda olan nasos stansiyalara baxış keçirilib, nasazlıqlar aradan qaldırılaraq hər birinin fəaliyyəti saz vəziyyətdə saxlanılır.
2022-ci təsərrüfat ilinin əvvəlindən suvarmaların mütəşəkkil keçirilməsi, sudan səmərəli istifadə olunması, su itkilərinə yol verilməməsi, habelə suvarmaların növbəlilik qrafikinə əməl olunması istiqamətində xeyli işlər görülüb. İdarə üzrə 17 ədəd hidrotexniki qurğu, 1000 metr beton kanallar, 1 ədəd mülki və istehsalat binaları, 1 ədəd nasos stansiya da cari təmir olunub. Nasos aqreqatları ilə əkinlərin suvarılması və qış  otlaqlarında  məskunlaşan  təsərrüfatların  içməli  su  ilə təmin  etmək  üçün su mənbələrindən 73130 min m3 su götürülüb.
 Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən ümumilikdə 2022-ci ildə ərzində 12285 ha taxıl, 247 ha pambıq, 252 ha şəkər çuğunduru, 2155 ha yem bitkiləri, 342 ha bostan-tərəvəz, 343  ha çoxillik əkinlər, 2500 ha həyətyanı sahələr və digər kənd təsərrüfatı bitkilərinin suvarılması tam olaraq başa çatdırlıb.
                          
  • Hacıqabulda suvarma mövsümü başa çatdı - FOTOLARHacıqabulda suvarma mövsümü başa çatdı - FOTOLAR


31-10-2022, 10:15 221

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101