Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb (FOTOLAR)


Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə olub. Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin inzibati binasının, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın, Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsinin, həmçinin Mərdəkan Reabilitasiya Pansionatının ərazisində olan qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı müraciətlərə baxılıb.
Sumqayit.tv ekoloqların, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Agentliyə gün ərzində ölkə üzrə müxtəlif ünvanlardan bəzən 100-200, hətta 500-ə qədər qurumuş ağacın köçürülməsi, götürülməsinə rəy verilməsi ilə bağlı müraciət daxil olur. Bildirilib ki, son vaxtlar xüsusən Bakı şəhəri və Abşeron yarımadasında ağacların quruması, qəzalı vəziyyətə düşməsi əsasən iki səbəblə bağlıdır: ya vaxtında düzgün aqrotexniki qulluq göstərilmir, ya da təbii olaraq xəstəliklə əlaqədar quruma baş verir.
Qeyd olunub ki, yaşıllıq mülkiyyətçiləri üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirsə, vaxtında monitorinq və qiymətləndirilmə aparılsa, ağacların kütləvi surətdə götürülməsi ilə bağlı müraciətlər də azalar.
Vurğulanıb ki, götürülməsi üçün müraciət edilən yaşıllıqlar arasında yaş köküstə, yarıquru olan, o cümlədən xilas edilməsi mümkün olan ağaclar da mövcuddur. Odur ki, müraciətlərin hamısına müsbət rəy verilmir. Götürülməsi vacib olan ağacların yerinə kompensasiya olaraq yeniləri əkilməli, digərlərinin isə bərpa olunması üçün budama, yaxud digər aqrotexniki qulluq göstərilməlidir.
Görüşdə Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın həyətində 60 ədəd, Səhiyyə Nazirliyinin inzibati binasının həyətyanı ərazisində 25 ədəd, Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsində 8 ədəd, Mərdəkan Reabilitasiya Pansionatının həyətyanı sahəsində 35 ədəd qurumuş və qəzalı ağacların götürülməsinin, xəstəliyə yoluxmuş ağacların isə xüsusi qaydada utilizasiyası, yerinin dərmanlanmasının vacibliyi diqqətə çatdırlılıb.





22-09-2023, 20:58 175

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102