5 rayon üzrə qurumuş və ya qəzalı vəziyyətdə olan 85 ağacın götürülməsi müzakirə edilib (FOTO)


Oktyabrın 6-da Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
Sumqayit.tv
xəbər verir ki, ekoloqların, icra hakimiyyəti, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə paytaxtın Yasamal, Nizami, Nərimanov, Qaradağ və Pirallahı rayonları üzrə ümumilikdə 85 ədəd qurumuş və ya qəzalı vəziyyətə düşmüş müxtəlif cinsli ağacın götürülməsi müzakirə edilib. 
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qeyd edib ki, icra hakimiyyəti orqanları və bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. Dövlətimiz tərəfindən ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Yeri gəlmişkən, qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi normalara görə, yeni salınacaq yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40, istismar müddəti bitən məhəllələr yenidən layihələndirilərkən isə yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir. 
İctimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, icra hakimiyyətləri və bələdiyyələrin də rolundan danışılıb, vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb. Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər. 
İctimai dinləmədə icra hakimiyyəti, bələdiyyə və QHT nümayəndələrinin təklifləri də dinlənilib.




6-10-2023, 18:22 201

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102