"Sumqayıtın kanalizasiya sistemlərinin mərkəzləşdirilmiş su təmizləmə qurğularına birləşdirilməsi üçün 10-15 il vaxt lazımdır.”



“Bakı və Sumqayıt şəhərlərinin kanalizasiya sistemlərinin  bütünlüklə mərkəzləşdirilmiş su təmizləmə qurğularına birləşdirilməsi üçün 10-15 il vaxt lazımdır”
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib ki, Bakı şəhərində tullantı sularının 60%-ni təmizləmək mümkündür. 
Demokrat.az xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə suyun qalan hissəsi ətraf mühitə və ya Xəzər dənizinə axıdılır.


Hidroloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında  deyib ki, Bakı şəhəri və Abşeron yarımadasında əmələ gələn çirkab sularının qeyd edilən faizi mərkəzləşdirilmiş təmizləmə sistemlərinə qoşulub:
“Abşeron yardımadasının xüsusilə şimal hissəsi – Pirşağı, Novxanı, Fatmayı, bağlar massivi, Zirə və Türkan istiqamətlərində olan evlərin ətrafında hələ də mərkəzləşdirilmiş kanalizasiya sistemləri qurulmayıb. Bu sahədə işlər gedir.
Hazırda Pirşağıda yeni mərkəzləşdirilmiş su təmizləmə sistemi istifadəyə verilməkdədir”. 
Ekspert qeyd edib ki, bu qurğu sutkada 40 min ton suyu təmizləmək gücünə malikdir:
“Pirşağı və ətraf ərazilərdə yerləşən 11 yaşayış massivindən axıdılan çirkab suları təmizlənərək dənizə axıdılacaq. Ümumiyyətlə, Abşeronun digər yerlərində də su təmizləmə qurğularının istifadəyə verilməsi mümkündür, lakin çox vaxt tələb edir. Təxmini hesablamalarıma görə Bakı və Sumqayıt şəhərlərinin kanalizasiya sistemlərinin 100 faiz mərkəzləşdirilmiş su təmizləmə qurğularına birləşdirilməsi üçün 10-15 il vaxt lazımdır”.   

11-10-2023, 11:35 192

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102