Sumqayıt ictimaiyyəti və gəncləri arasında ekoloji maarifləndirici tədbir keçirilib (FOTO)


 “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Sumqayıt şəhərində maarifləndirici tədbir təşkil olunub. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən keçirilən dəyirmi masada ekoloqlarla yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Təmizlik Departamenti, Yaşıllaşdırma İdarəsindən nümayəndələr, Sumqayıt Dövlət Universitetindən müəllim-tələbə heyəti, həmçinin QHT və KİV nümayəndələri iştirak edib. 
Qeyd olunub ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üzrə müəyyənləşdirilmiş beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” devizidir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə əsas hədəf olaraq götürülüb. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. 
Eyni zamanda vurğulanıb ki, ölkəmizin bütün ərazilərində, xüsusən Abşeron yarımadasında, Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların mühafizəsi və artırılması da əsas hədəflərdən biridir. Belə ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində 5 milyon ağac və kol tinginin əkilməsi nəzərdə tutulub. İşlərin böyük hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Ağaclar meşə təsərrüfatlarında, Abşeron rayonunda və işğaldan azad edilən ərazilərdə əkiləcək. 2 milyonu isə ölkənin icra hakimiyyətlərinin, nümayəndəliklərin və digər icra orqanlarının üzərindədir. 
Qarşılıqlı müzakirə və sual-cavab formatında davam edən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilən ekoloji tədbirlər barədə məlumat verilib.





8-04-2024, 17:54 400

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102